12 Oktyabr 15:54
2 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya və Serbiyadan qayıdarkən jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) proqramına müntəzəm dəyişikliklər edilir:

“Bununla yanaşı, idarəetmə mexanizmlərində və partiya daxilində də bəzi dəyişikliklər ola bilər. Həmçinin partiyanın sədr müavinləri arasında da dəyişikliyin olması mümkündür. Yeni dönəmdə sədr müavinlərinin fəaliyyəti ilə yanaşı, hökumətin də işinə yönəlik qiymətləndirmələr aparacacağıq. Hökumət kabinəsində də bəzi dəyişikliklər ola bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər