Şotlandiyanın sabiq baş naziri Aleks Salmond 69 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumata görə, Aleks Salmond 1990-2000-ci illərdə və yenidən 2004-2014-cü illərdə Şotlandiya Millətçi Partiyasına rəhbərlik edib. 2021-ci ildən millətçi "Alba" partiyasının lideridir.