ABŞ İranın potensial hücumuna hazırlıq məqsədilə ballistik raketlərin qarşısını almaq üçün İsraildə "THAAD" raketdən müdafiə sistemlərini yerləşdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, İsrail İranın hücumuna cavab verməyə hazırlaşarkən Amerika tərəfi ballistik raketlərin qarşısını almaq üçün rəsmi Təl-Əvivə raketdən müdafiə batareyaları göndərəcək.
Qeyd olunur ki, "THAAD" raketdən müdafiə sistemləri İsraildəki Amerika əsgərləri tərəfindən idarə olunacaq. İsrailə nə qədər silah göndəriləcəyi məlum deyil.