16:28
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adanadan qalxan Türkiyənin F-16 döyüş təyyarələri 5 dəqiqədə Kiprə çatar.

Teleqraf.com xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.

Tatar "ABŞ və İngiltərə Cənubi Kiprdə hərbi baza qurur, Türkiyə də Şimali Kiprdə baza qurmalıdırmı, narahatlığınız varmı" sualına belə cavab verib:

"Biz özümüzü Türkiyədən ayrı görmürük. Belə bir ehtiyac, Türkiyə Silahlı Qüvvələrinin belə bir ehtiyaca yönəlik təsbiti varsa, biz də lazım olanı edərik. Ancaq bizim də belə bir avantajımız var, Adanadan qalxan F-16-lar 5 dəqiqədə Kiprə çatar".

Yunanıstan və Cənubi Kipr mediası türk liderin açıqlamasına manşetlərində geniş yer verib.

Tatarın "Adanadan qalxan F-16-lar 5 dəqiqədə Kiprə çatar" sözünə vurğu edilərkən, Şimali Kipr liderinin meydan oxuduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər