İtaliya İsrailə hər hansı silah ixracı üçün yeni lisenziyaların verilməsini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Corciya Maloni bildirib.
“İsrailin Qəzzada əməliyyatlarının başlamasından sonra hökumət İsrailə hər hansı yeni silah ixracı lisenziyasının verilməsini dərhal dayandırıb. Buna görə də ötən il oktyabrın 7-dən sonra imzalanmış bütün müqavilələr yerinə yetirilməyib”, - İtaliya lideri deyib.
Meloni əlavə edib ki, silahdan istifadə riski olduğu və Qəzzada böhran vəziyyəti davam etdiyi üçün lisenziyaların verilməsi bərpa olunmayacaq.
İsrail ordusu 2023-cü il oktyabrın 7-də HƏMAS-ın ölkə ərazisinə hücumuna cavab olaraq, Qəzzada hərbi əməliyyatlara başlayıb.