21 Oktyabr 10:10
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andriy Sibiha ilə görüşəcək.

Teleqraf.com “Haber7”ə istinadən xəbər verir ki, Ankarada keçiriləcək görüşdə iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və bir çox başqa mövzular müzakirə olunacaq.

Görüşdə Hakan Fidanın Türkiyənin beynəlxalq hüquq əsasında müharibənin ədalətli və daimi həllini təmin etməyə yönələn təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulaması gözlənilir.

Diplomatik mənbələr Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişinin də önümüzdəki dövrdə qüvvəyə minməsinin gözlənildiyini bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər