15:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli britaniyalı müğənni Adel qismən eşitmə qalibiyyətini itirdiyini və buna görə noyabrdan sonra sənətinə fasilə verəcəyini açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, çətin müalicə prosesi keçirdiyini deyən müğənni yanlış antibiotik istifadə etməsi nəticəsində başına gələnləri belə izah edib.

"Qulağımda infeksiya var və bu, dəhşətlidir. Nadir su bakteriyasıdır, müalicə etmək çox çətindir. Əvvəllər heç vaxt belə bir xəstəlik keçirməmişdim. Həyatımda başıma gələn ən pis hadisədir, doğuşdan da betər idi. Bir neçə gün səhv antibiotik qəbul etdim. Nəhayət, mənə yaxşı təsir edən antibiotiki tapdım. İndi ağrım yoxdur, bu əladır, amma sol qulağımda bir az karlıq qalıb"- deyə Adel qeyd edib.

16 dəfə “Grammy” mükafatı alan müğənni "Weekends With Adele" şousundan sonra bir müddət səhnəyə ara verəcəyini açıqlayıb.

2022-ci ilin son aylarından Las-Veqasda çıxış edən Adel son konsertini noyabrın 23-də verəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər