Avropa Birliyinə üzv ölkələrin müdafiə nazirləri Ukraynanın Rusiya ərazilərinin dərinliklərinə hücuma icazəni müzakirə edəcəklər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müdafiə nazirlərinin görüşünün 19 noyabrda keçiriləcəyi gözlənilir.
"Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrellin mövqeyi indiki çətin şəraitdə bu cür məhdudiyyətlərin aradan qaldırılmasına dəstək olaraq dəyişməz qalır. Təbii ki, bir çox nazirlər bu məsələni qaldıracaq. Ancaq bildiyiniz kimi, bu cür məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı suveren qərar Avropa Birliyi ölkələrində qalır” - nəşr bildirib.
Nəşr onu da bildirib ki, belə bir qərarın olub-olmayacağı hələlik bəlli deyil.