1 Mart 2015 07:30
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Avstriya parlamentinin qəbul etdiyi “İslam haqqında” qanunun Aİ-nin hüquq normalarına zidd olduğunu bildirərək onu sərt tənqid edib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Avstriya parlamentinin qəbul etdiyi “İslam haqqında” yenilənmiş qanun ölkədəki müsəlman təşkilatlarının xaricdən maliyyələşdirilməsini qadağan edir.

Yeni qanun, həmçinin, ölkədəki məscidlərin imamlarının bir il ərzində Avstriya diplomu almasını tələb edir. Qeyd edək ki, Avstriyadakı əsas müsəlman təşkilatları qeyd olunan qanunu dəstəkləyib.

Yalnız Avstriya Türklərinin Birliyi (ATIB) və Müsəlman Gənclərinin Təşkilatı (MJOE) yeni qanunla əlaqədar Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini bildiriblər. Türkiyə dini məsələlər idarəsinin rəhbəri Mehmet Görməz də qanunu şiddətli tənqid atəçinə tutub.

“Siz bir tərəfdən Aİ –nin hüquq normalarından danışırsınız, digər tərəfdən isə bu normalara tamamilə zidd addımlar atırsınız”, deyə Ərdoğan qanunu şərh edərkən qeyd edib.

Ərdoğan Qərbdə İslama qarşı geniş vüsət almış yanlış fikirlərə və islamofobiyaya dair bir neçə misal gətirib və bu tip mövhumata son qoymağın zəruriliyini qeyd edib.

Qeyd edək ki, hazırda Avstriyada 500 minədək müsəlman yaşayır.


Müəllif:

Oxşar xəbərlər