4 Mart 2015 05:34
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Mitsubishi Heavy Industries Ltd.” korporasiyası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ilə meteoroloji peykin buraxılışına dair saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, “Kharifasat” adlanan aparatın 2017-ci ildə Yaponiyanın cənubundakı Taneqasima kosmodromundan buraxılması nəzərdə tutulur. BƏƏ peykinin buraxılması Yaponiya üçün artıq üçüncü kosmik start olacaq. Ölkə dünyanın aparıcı kosmik dövlətləri klubuna daxil olmağa çalışır. 2012-ci ildə yaponiyalı mütəxəssislər “H-2A” raketdaşıyıcısı vasitəsilə Cənubi Koreyanın “Ariran-3” müşahidə peykini orbitə çıxarıblar.

Bu il üçün Kanadanın “Telstar 12” meteoroloji peykinin analoji raketdaşıyıcısı ilə buraxılışı planlaşdırılır. Hazırda peyklərin kommersiya buraxılışının 80 faizini Rusiya və Avropa İttifaqı həyata keçirir. Yaponiyanın “H-2A” raketdaşıyıcısı mövcud analoqlarından 95 faiz yüksək etibarlığı ilə seçilir. Belə ki, 27 buraxılışdan yalnız biri uğursuz olub.

Bununla belə, Yaponiyanın imkanları raket buraxılışlarının çox baha olmasına (hər raket buraxılışının dəyəri 85 milyon dollara yaxındır) görə məhduddur. Hazırda “Mitsubishi Heavy Industries Ltd.” raketdaşıyıcısının buraxılışı iki dəfə ucuz olacaq yeni versiyasını hazırlayır. “H-3” adlandırılacaq yeni nəsil raketin ilk startının 2020-ci ildə baş tutacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər