4 Mart 2015 23:46
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələbdə Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsinə məxsus binaya hücum olub.

Teleqraf.com-un AFP-yə istinadən verdiyi məlumata görə, nəticədə 20 hərbçi və 12 üsyançı həlak olub.

Qeyd olunur ki, hökumət binasının ələ keçirmək məqsədi ilə həyata keçirilən hücum yaxınlığındakı tunelin partladılması ilə başlayıb.

Suriya hərbçilərinin hücumları dəf etdiyi bildirilsə də, ərazidə ayrı-ayrı toqquşmalar indiyədək davam etməkdədir.


Müəllif:

Oxşar xəbərlər