Rusiyanın müxalifət liderlərindən biri Aleksey Navalnıy 15 sutkalıq həbsdən sonra bu gün azadlığa buraxılıb.
O, azadlığa çıxdıqdan sonra bildirib ki, müxalifət lideri Boris Nemtsovun qətli müxalifətin fəaliyyətini dəyişməyəcək.
Bildirək ki, A.Navalnıy tərəfdarları ilə birlikdə bu il martın 1-nə nəzərdə tutulan “Bahar” yürüşü ilə bağlı vərəqələr yaydığına görə həbs olunmuşdu.
Xatırladaq ki, B.Nemtsov fevralın 27-də Kremlin yaxınlığında öldürüldukdən sonra müxalifət lideri bloqunda yazmışdı ki, keçmiş baş nazirin müavini siyasi hakimiyyətin göstərişi ilə hökumətpərəst təşkilat tərəfindən qətlə yetirilib. Çünki, o, Kremlin ən problemli tənqidçilərindən biri idi./anspress/