Suriya ordusunun Arbin əyalətinə təşkil etdiyi hava hücumu zamanı 11 nəfər ölüb, 70 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, "Anadolu" agentliyi Arbində xəstəxanadakı qaynaqlara istinadən bildirir ki, yaralılardan bəzilərinin vəziyyətin ağırdır: "Hücum zamanı çoxlu yaşayış binasına ziyan dəyib, bəzi evlər dağılıb".
Əsəd təyyarələrinin xalqa çörək paylanılan məntəqəni bombaladığı bildirilir.
Hadisənin şahidi olan suriyalı bunlarıdeyib: "Arbində yeni bir qırğın reallaşdırıldı. Rejimin bombaladığı bölgədə can bazarı yaşandı. Əsəd təyyarələri Arbində çörək paylanan yeri bombaladı. Bombalanan küçə cəsədlərlə doludur. Xalq yaralıları səhra xəstəxanasına aparıb. Mülki müdafiə qrupları dağıntılar altından ölənləri və çoxlu sayda yaralını çıxardı".
Nihad