9 Mart 2015 22:28
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda polis uç Tacikistan vətəndaşını həbs edib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, onlar Tacikistanda müxalifətçi və iş adamı Umarali Kuvatovun qətlində şübhəli bilinirlər.

Qeyd edək ki, Umarali Kuvatovu bu gün dəfn ediblər. Dəfn mərasimi zamanı Kuvatovun tərəfdarları əllərində "Umarali Kuvatovun qatili prezident Emomali Rəhmandır", "Emomali Rahman diktatordur" sözləri yazılmış plakatlar tutublar.

İş adamı Umarali Kuvatov əvvəllər prezident Emomali Rəhmanla yaxın münasibətdə olsa da, sonradan müxalifətə keçib. O, Düşənbədə fırıldaqçılıq ittihamı ilə axtarışda olub. Umarali Kuvatov bu ittihamin siyasi motivli olduğunu bildirmişdi.

Nihad


Müəllif:

Oxşar xəbərlər