Hindistanın Varanasi şəhərində yaşayan Aghori kahinləri insan meyitlərini yeməklə məşhurdurlar.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, gizlicə yaşayan və ibadətlərini davam etdirən Aghorilərin sayı zamanla azalıb.
Aghorilər Varanasi şəhərində yandırılan ölülərin külü ilə bədənlərini rəngləyirlər.
Aghorilər insanın ən böyük qorxusunun ölmək olduğuna inanırlar. Buna görə ölümlə üzləşmənin yolunu ölüləri yeməkdə görürlər.
Varanasidə din adamları, uşaq, evlənməmiş və ya hamilə qadınlar yandırılmaz. Onları çaya buraxarlar, Aghorilər isə onları çaydan götürüb yeyərlər.
Teleqraf.com fotoqraf Kistiano Ostinellinin çəkdiyi fotoları təqdim edir:
Rüstəm