Türkiyə Baş Qərargahı arxivdəki bəzi şəkilləri Çanaqqala zəfərinin 100-ci il dönümü münasibəti ilə yayımlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayımlanan fotolar daha əvvəl heç bir yerdə nümayiş olunmayıb.
Şəkillərin birində komandir, polkovnik Mustafa Kamalın çıxış səhnəsi əks olunub.
Çıxışında M.Kamal bildirib: “Bu adi bir hücum deyil. Bu elə bir hücumdur ki, burada hamı diqqətli olmalı və ölənə kimi mübarizə aparmalıdır. Mən sizə hücum etməyi deyil, ölməyi əmr edirəm. Öləndən sonra bizi əvəzləyənlər tapılacaq”.
Başqa bir fotoda isə belə bir qeyd yazılıb.
"Hələ 13 yaşında azyaşlı bir igid.”
Teleqraf.com həmin fotoları təqdim edir:
Rüstəm