19 Mart 2015 11:05
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama 780 Ukrayna hərbçisinə təlim vermək barədə əmr verib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Co Biden Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbətində bildirib. Bu hərbçilər ölkənin Daxili İşlər Nazirliyi sisteminə daxil olan Milli Qvardiyanı təmsil edirlər.

Yayılan məlumatda deyilir ki, Biden Ukraynaya hərbi avtomobillər də göndərməyə söz verib. Avtomobil karvanının ilk partiyasının martın sonunda göndərilməsi gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər