27 Mart 2015 01:51
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı münaqişənin siyasi yolla həlli prosesi bərpa olunmalıdır. Lakin rəsmi Kiyev vəziyyətin sabitləşməsinə doğru səyləri əngəlləyir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

"Hazırda bütün səylərin Minsk razılaşması çərçivəsində siyasi prosesin bərpasına yönəldilməsi vacibdir. Lakin burada da rəsmi Kiyevin əngəl törətdiyi müşahidə olunur", - Lavrov deyib.

Rusiyalı nazir "DNR" və "LNR" liderlərini tərəfdaş kimi qəbul etməməsi səbəbindən Ukraynanı Minsk razılaşmasını pozmaqda günahlandırıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər