27 Mart 2015 03:25
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyada avtobusun qəzaya uğraması nəticəsində 30 nəfər xəsarət alıb, onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, salonunda 32 nəfərin olduğu avtobus Arqayll qraflığında magistral yolda aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.


Xəsarət alanlar helikopterlərin vasitəsi ilə Qlazqo və Peysli xəstəxanalarına çatdırılıb. Qəza magistral yolda hərəkətin məhdudlaşdırılmasına səbəb olub.


Müəllif: