27 Mart 2015 19:17
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əş-Şabab” terrorçu qruplaşmasının üzvləri Somali paytaxtı Moqadişoda yerləşən otelə basqın ediblər.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli polisin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, həmin oteldə Somali hökumətinin nümayəndələri var.


Terrorçular hazırda otelin daxilində və binanın damındadırlar. Onların hansısa tələb irəli sürüb-sürmədiyi barədə məlumat verilmir. Otelin yerləşdiyi ərazidə partlayış səsləri eşidilib.


Qeyd edək ki, “Əş-Şabab” radikal islamçıların yer aldığı qruplaşmadır. Qruplaşmanın “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə sıx əlaqələri var. “Əş-Şabab” yerli hökumətə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.


Müəllif:

Oxşar xəbərlər