Suriyanın şimal - qərbində yerləşən İdlib şəhəri və eyni adlı regionun inzibati mərkəzi terrorçular tərəfindən ələ keçirilib.
Teleqraf.com "Report"a istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurası və hərbçilərə istinadən "Reuters" məlumat yayıb.
Mənbələrin məlumatına görə, şəhərə bütün dövrlərdə ilk dəfə olaraq müxtəlif terror təşkilatlarının qruplaşmaları, eləcə də, "Nüsra cəbhəsi" daxil olub.