28 Mart 2015 23:23
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gümridə 7 nəfərlik erməni ailəsini qətlə yetirməkdə ittiham olunan Rusiya əsgərinin məhkəməsi Ermənistan ərazisində keçiriləcək.


Publika.az xəbər verir ki, bu barədə Yerevanda olan MDB İşləri üzrə Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Oleq Lebedev bildirib. Bununla belə o, prosesin Rusiya qanunvericiliyinə əsaslanacağını deyib.


"Ekspertizalar demək olar ki, başa çatıb, ama şahidlərin sorğusu davam edir. Bu günə artıq 4 min adam sorğu-sual edilib”, - rusiyalı millət vəkili qeyd edib.


İstintaqın ilkin məlumatına görə Gümridəki Rusiya hərbi bazasında qulluq edən Valeri Permyakov yanvarın 12-də hərbi hissəni icazəsiz tərk edib. Sonra o şəhərdə evlərin birinə daxil olaraq Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirib və daha sonra xəstəxanada ölən 6 aylıq uşağı yaralayıb.

Hadisədən sonra Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd etdiyi deyilən əsgərin sərhəddəki Rusiya hərbçiləri tərəfindən saxlanılıb hərbi bazaya qaytarıldığı bildirilib.

Hadisə ilə bağlı Ermənistanda etiraz aksiyaları keçirilib. Yerevan və Gümridə nümayişlərə qatılan fəallar Gümri bazasında saxlanılan Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini və Ermənistan məhkəməsində mühakimə olunmasını tələb ediblər.


Müəllif:

Oxşar xəbərlər