Minlərlə insan Bolqarıstan prezidenti administrasiyasının binası önündə etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkədə NATO və ABŞ hərbi bazalarının yerləşdirilməsinə etiraz ediblər. Aksiyanın əsas təşkilatçısı “Hücum” siyasi partiyası olub. Nümayiş iştirakçıları “Avropa ilə birlikdə, ancaq heç vaxt Rusiyaya qarşı”, “Sanksiyalar həyatı xilas etməyəcək” və “NATO Bolqarıstandan rədd ol” şüarlarını səsləndiriblər.
Mitinqdə çıxış edən “Hücum” partiyasının sədri Volen Siderov Rusiya ilə düşmənçiliyə qarşı olduqlarını deyib. O, həmçinin hökuməti ölkədə NATO və ABŞ hərbi bazalarının yerləşdirilməsi haqqında qərardan imtina etməyə çağırıb.
Samir