Çexiyada ABŞ silahlı qüvvələrinin iştirakı ilə NATO qoşunlarının ölkədə hərəkətinə etiraz əlaməti olaraq, minlərlə insan küçələrə axışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar hökumətin verdiyi bu qərarın ləğv edilməsini və NATO qoşunlarının ölkədən çıxarılmasını tələb ediblər. Nümayiş iştirakçıları “Sülh istəyirik, NATO-nu yox” və “ABŞ qoşunları dayanın!” şüarlarını səsləndiriblər.
Çexiya polisi və ordu nümayəndələri isə ölkədə hər hansı təxribata yol verməyəcəklərini və karvanın keçəcəyi yolda təhlükəsizliyin tam təmin olunacağını bildiriblər.
Etirazçılar prezident administrasiyasının qarşısına yürüş təşkil ediblər. Bu zaman polislə toqquşmalar baş verib. Yerli medianın verdiyi məlumata görə, insident zamanı polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Samir