İsrail təhlükəsizlik qüvvələri səhər saatlarında Fələstin Xalq Qurtuluş Cəbhəsindən olan millət vəkili Xalidə Cerrarın evinə basqın edib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, şahidlər evdə axtarış aparan əsgərlərin Cerrarı həbs edildiyini bildiriblər. İsrail tərəfi isə məsələ ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Cerrar bundan əvvəl də həbs olunub və qısa müddət sonra azad edilib. Yerli mediada yayılan məlumatlara görə, hazırda İsrail həbsxanalarında 30-dan çox fələstinli deputat saxlanılır.
Samir