Kaliforniyalı fotoqraf Set Kastel “People” dərgisi üçün çəkdiyi fotoları paylaşıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Kastel yeni fotosessiyasında suyun körpələr üçün təhlükəsiz olduğunu vurğulamağa çalışıb. Uşaqlar üçün olan üzgüçülük kurslarından bir-birindən maraqlı şəkillər çəkib.
"Bir körpəni ilk dəfə sualtında görəndə şok oldum, inanmadım. Bu çox təbii bir şeydir. Hamımız bilirik ki, körpələr instinktiv olaraq nəfəslərini necə saxlaya biləcəklərini bilir. Ən qəribəsi isə ondadır ki, hamısı sualtında gözlərini açıq saxlamağı sevir! Çünki onsuz da qısa bir müddət öncə ana bətnində suda yaşayıblar".
Teleqraf.com həmin maraqlı fotoları təqdim edir:
Rüstəm