4 Aprel 2015 09:46
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dünən dünyasını dəyişmiş məşhur müğənninin vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.

Müğənninin vəfatını təəssüflə qarşıladığını qeyd edən Ərdoğan onun əsərləri ilə yaşayacağını bildirib:

“Türk pop musiqisinin hörmətli siması, söz yazarı və bəstəkar Kayahanın vəfatını böyük təəssüf hissi ilə öyrəndim. Mahnıları və səsi ilə millətimizin könlündə müstəsna yerə sahib olan Kayahan türk pop musiqisinin inkişafında böyük rol oynayıb və dərin izlər qoyub. Əsərləri ilə yaşamağa davam edəcək mərhum sənətkar hər zaman hörmət və sevgi ilə yad ediləcək. Dəyərli sənətkarımız Kayahana Allahdan rəhmət arzulayır, ailəsinə, sevənlərinə və sənət dünyamıza başsağlığı verirəm”./anspress/


Müəllif:

Oxşar xəbərlər