6 Aprel 2015 16:46
7 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Trabzon şəhərində keçirilən toy mərasimində bəy qətlə yetirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatda bəyi öldürən silahlı şəxsin gəlinin əmisi oğlu olduğu bildirilib. Bir müddət əvvəl əmisindən qızını istəyən qardaş oğlu müsbət cavab almayınca toyda bəyi öldürəcəyini deyib.

Hadisə anbaan toy kamerası ilə lentə alınıb. Görüntülərdə bəy və gəlinin eyni zamanda digər qohumların rəqs etdiyi, Rəşidin arxandan sakitcə bəyə yaxınlaşdığı və atəş açdığı görünüb. Bəy hadisə yerində həyatını itirib. 19 yaşlı Rəşid Q. bəydən əlavə daha 3 nəfərə də ağır xəsarət yetirib.

Rəşid isə polis tərəfindən saxlanılaraq, bölməyə aparılıb. Trabzon 2-ci Ağır Cinayətlər Məhkəməsindən verilən açıqlamada onun 16 il 3 ay həbs cəzasına məhkum edildiyi bildirilib.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Düğünü basıp damadı öldürdü by cumhuriyet


Müəllif:

Oxşar xəbərlər