9 Aprel 2015 01:33
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəndə Suriya əsilli şəxs həyat yoldaşını 3 yaşlı oğlunun gözləri qarşısında öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep şəhərində 39 yaşlı Heysem K. mübahisə etdiyi həyat yoldaşı 32 yaşlı Güllü Xassəni döyərək öldürüb.

Polisin məlumatına görə, daim mübahisə edən cütlük arasında axşam saatlarında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən ər, arvadını döydükdən sonra başına sərt bir alətlə vuraraq ağır yaralayıb.

Səsə gələn qonşular təcili yardıma və polisə xəbər verib. Hadisə yerinə gələn təcili yardım əməkdaşları qadının həlak olduğunu müəyyən edib. Arvadını döyərək öldürdüyü iddia edilən Heysem K, polis tərəfindən nəzarətə alınaraq 3 yaşlı oğlu ilə birlikdə polisə aparılıb. Hadisə sonrası evə gələn digər uşaqlar isə polis maşınına mindirilib. Qadının cəsədi, hadisə yerində aparılan araşdırmanın sonra Qaziantep Ədliyyə Tibb Qurumuna aparılıb.

Cütlüyün 3 ilə 13 yaşları arasında 2 qız və 2 oğlan uşaqları olduğu öyrənilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Rüstəm


Müəllif: