Əfqanıstanın şimalındakı Belh vilayətinin mərkəzi olan Məzarı Şərif şəhərində prokurorluq binasına edilən hücum 7 saatdan sonra başa çatıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 10 nəfər həyatını itirib, 66 dinc sakin isə ağır yaralanıb. Rəsmilər hücumun 4 silahlı şəxs tərəfindən törədildiyini bildiriblər. Təcavüzkarların öldürüldüyü açıqlanıb.
Hücumda məsulliyəti “Taliban” terror qruplaşması üzərinə götürüb.
Samir