Almaniya vətəndaşı olan türk əsilli gəncə Suriyadakı terror təşkilatlarına qoşulması ittihamı ilə cinayət işi açılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı türk əsilli Alman vətəndaşı Üfüq C. 2014-cü ildə Suriyada "Əl Nusra"ya qoşularaq hərbi təlim keçib. Müharibənin həqəqi üzüylə qarşılaşan gənc ilk fürsətdə Almaniyaya qayıdıb. Lakin o, həbs edilib və barəsində cinayət işi açılıb.
“Bild” qəzetinin xəbərinə görə, Üfüq C. ifadəsində "İslam dini haqqında çox məlumatım yoxdur. Suriyaya oradakı müsəlmanlara kömək etmək üçün getdim. Məqsədim şəhid olmaq və 72 bakirə huriyə qovuşmaq idi" deyib.
O, Suriyada 20 gün təlim keçdiyini və ona "Kalaşnikov" silahı verildiyini bildirib. O, 200 metrdən atışlarda uğursuz olduğunu, altı atdan ancaq birini vurduğunu deyib.
Üfüq “Suriyadakı hadisələri gördükdən sonra vəziyyətin ciddiliyini dərk etdim. Almaniyaya qayıtmaq qərarı verdim" deyib.
Cinayət işi ilə bağlı məhkəmə davam edir.
Rüstəm