Xəbər verdiyimiz kimi, Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının aprelin 11-də Türkiyənin Ağrı vilayətində jandarm qüvvələrinə hücumu nəticəsində 4 əsgər yaralanıb.
Ən son məlumata görə, Ağrı vilayətinin Diyadin rayonu ərazisində baş vermiş silahlı basqında iştirak edən 5 terrorçu öldürülüb, biri isə sağ olaraq ələ keçirilib. Rəsmi mənbələrdən bildirilib ki, hücumda ən azı 25 yaraqlı iştirak edib. Hazırda hadisə bölgəsində nisbi sakitlik olduğu qeyd edilir.