15 Aprel 2015 19:03
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxs paytaxt Tiflisin Çitadze küçəsində Gürcüstan Xarici İşlər Nazirliyi qarşısında bir neçə dəfə havaya atəş açıb.

Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, keçirilən xüsusi əməliyyat nəticəsində həmin şəxs tutulub. Onun sərxoş olduğu açıqlanır.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Samir


Müəllif: