16 Aprel 2015 14:21
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Luqanska növbəti humanitar yardım göndərib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Bildirilir ki, 62 maşından ibarət yardım karvanı artıq şəhərə çatıb. Bu dəfəki yardıma 133 ton çəltik, 139 ton günəbaxan yağı, 28 ton konserv, 21 ton darı yarması, 60 ton makaron, 46 ton süd və süd məhsulları daxil edilib.

Yayılan məlumatda karvanın daha sonra Donetsk istiqamətində hərəkət edəcəyi açıqlanıb.

Samir


Müəllif: