16 Aprel 2015 16:03
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da kiçik restoranlarda çalışan minlərlə işçi etiraz aksiyası keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 230 şəhərdə təşkil olunan nümayişlərdə etirazçılar əmək haqlarının artırılmasını və saatlıq gəlirin 8 dollardan 15-ə qaldırılmasını tələb ediblər. Ən geniş etirazlar Nyu-York və Los Anceles şəhərlərində baş tutub. Aksiyalara dəstək məqsədilə etirazçılara Yeni Zelandiya, Finlandiya və Yaponiyadan olan həmkarları da qoşulub.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Nümayişlər zamanı 10 fəalın həbs edildiyi açıqlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər