17 Aprel 2015 11:40
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arizona ştatında Feniks şəhərində yerləşən evlərdən birində beş nəfərin güllələnmiş cəsədi tapılıb.

Trend TASS agentliyinə istinadən xəbər verir ki, qətl hadisəsinin məişət zəminində yaranan münaqişə nəticəsində baş verdiyi bildirilir. Öldürülmüş üç kişi və iki qadın tapılıb. Lakin onların adları açıqlanmır. Şahidlər qohumlar arasında mübahisə nəticəsində atışma başladığını deyib.

Ailə üzvlərindən biri evdən qaçmağa müvəffəq olub. Hadisə yerinə gələn polislər qapı və pəncərənin arxadan möhkəm bağlandığını görüblər. Evə daxil olmaq üçün xüsusi əməliyyat keçirilib.


Müəllif:

Oxşar xəbərlər