Çin məhkəməsi 71 yaşlı jurnalist Qao Yuya 7 il həbs cəzası verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qadın jurnalist dövlət sirrini yaymaqda ittiham olunub. Onun əcnəbi vətəndaşlarla əlaqələrinin isə araşdırıldığı qeyd edilib.
Yerli medianın məlumatına görə, bu müxalifyönlü jurnalistin ilk məhkumluğu deyil. Bundan əvvəl də qadın dövlət məmuru ilə bağlı yalan məlumat verdiyinə görə 7 il həbsxana həyatı yaşayıb.
Samir