23 Aprel 2015 01:58
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Avstryadakı səfirini geri çağırıb.


APA-nın Türkiyə Xarici İşlər Nazirliyin (XİN) istinadən verdiyi xəbərə görə, Avstrya parlamentinin qondarma "erməni soyqırım"ı ilə bağlı yaydığı açıqlamadan sonra Türkiyə bu ölkədəki səfiri Hasan Göğüşü məsləhətləşmələr üçün Ankaraya geri çağırıb.


Türkiyə XİN-in açıqlamasında bildirilib ki, Avstrya parlamentinin hüquqa və tarixi gerçəklərə zidd olaraq Türk millətini cinayətdə ittiham etmək haqqı və səlahiyyəti yoxdur: “ Bilinməlidir ki, Türkiyə və Türk milləti tarixinə atılan bu iftiranı unutmayacaq”.

“Parlamentin bu bəyanatının Türkiyə-Avstrya əlaqələrində uzunmüddətli izlər buraxacağı da şəksizdir” deyə qeyd edilən bəyanatda bu fikirlərin Avstryanın Ankaradakı səfirinə çatdırıldığı da bildirilib.


Müəllif:

Oxşar xəbərlər