Fransa polisi son aylar ərzində beş terror hücumunun qarşısını alıb, baş nazir Manuel Valls bildirib. Cənab Valls deyib ki, son hücum planı Paris yaxınlığındakı kilsələrə qarşı olub.
Bazar günü iddia edilən plana görə əlcəzairli şəxs həbs edilib. O, təsadüfən özünü güllələyib və təcili yardım çağırıb.
Fransa, Charlie Hebdo jurnalına və yanvar ayında 17 nəfərin ölümü ilə nəticələnən yəhudi dükanına hücumun ardından təhlükəsizliyi gücləndirib. “Təhlükə heç vaxt bu qədər yüksək olmayıb,” cənab Valls Fransa radiosuna bildirib. “Biz tariximiz boyu heç vaxt belə terrorla üzləşməmişik”.