Pakistanın şimal-qərb əyaləti Xeyber-Pahtunhvanın paytaxtı Pişəvər və ətraf bölgələrində güclü yağış selə səbəb olub.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı bəzi evlərin uçduğu və dağıntılar altında çoxlu insanın qaldığı bildirilib.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 22 nəfər həyatını itirib, 100-dən çox sakin yaralanıb.
Pakistan Meteorologiya Mərkəzi yağışların hələ bir neçə gün də davam ediləcəyini bildirib.
Samir