ABŞ-ın Nyu-York şəhərində 25 yaşlı afroamerikalı Freddi Qreyin polislər tərəfindən öldürülməsinə qarşı etiraz aksiyası təşkil olunub.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, aksiyanın Baltimorda təşkil edilən nümayişlərə dəstək məqsədilə keçirilidiyi bildirilib. Etirazlara minlərlə insan qoşulub. Onlar üzərinə “Qaradərlilərin həyatı əhəmiyyətlidir” yazılmış plakatlar qaldırıblar.
Əsas yolları bağlamağa çalışan nümayişçilərlə polis arasında insident yaşanıb. Polisdən verilən açıqlamada toqquşmalar zamanı 60 nümayişçinin saxlanıldığı bildirilib. Onların təhlükəsizlik işçilərinə dəyənəklərlə hücum etdiyi üçün həbs edildiyi açıqlanıb.
Samir