“Bir daha Məhəmməd Peyğəmbərin karikaturalarını çəkməyəcəm”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın “Şarli Hebdo” jurnalında işləyən və “Luz” tǝxǝllüsü ilǝ tanınan karikaturaçı Renald Luzier deyib. Onun sözlərinə görə, artıq işlədiyi jurnal ilə müqaviləsini də ləğv edib.
Luzier işlərində dini mövzulara yer verməyəcəyini qeyd edib.
Xatırladaq ki, yanvarın 7-də Məhəmməd Peyğəmbərin karikaturalarını dərc edən “Şarli Hebdo” jurnalının redaksiyasına edilmiş silahlı basqınla başlayan vǝ üç gün davam edǝn terror hücumlarında 17 nǝfǝr hǝlak olub.
Samir