30 Aprel 2015 21:43
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siz elə bilirsiniz, mənim üçün asandır. Mən kreslodan yapışmıram. Respublika başçısı olmaq Allah qarşısında, xalq qarşısında, prezident qarşısında çox məsuliyyətli işdir. Mən bu vəzifəni istəməmişəm və heç vaxt kreslodan yapışmamışam".

ANS PRESS-in məlumatına görə, bu sözləri Çeçen Respublikasının başçısı Ramzan Kadırov "Qovorit Moskva" radiostansiyasına müsahibəsində deyib.

O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putindən dəfələrlə vəzifədən azad edilməyini istəyib. "Mən 20 dəfə vəzifədən azad edilməyimi istəmişəm, bu gün də istəyirəm".

Kadırov qeyd edib ki, Çeçenistan başqa regionlarla müqayisədə Rusiyanı ən çox dəstəkləyən regiondur.


Müəllif:

Oxşar xəbərlər