1 May 2015 12:08
473

Pakistanın şimal-qərbindəki Hayber əyalətində təhlükəsizlik qüvvələri ilə “Taliban” terror təşkilatı döyüşçüləri arasında toqquşmalar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pakistan Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, döyüşlər zamanı 27 terrorçu öldürülüb.

Rəsmilər insident zamanı 6 pakistanlı əsgərin də həlak olduğunu açıqlayıblar. Döyüşlərin Sandapal, Tordara, Kundvala və Mehirban Killay bölgələrində getdiyi qeyd edilib.

Samir


Müəllif: