2 May 2015 16:58
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika hökuməti cinayətkar qrupların Qvadalaxara şəhərində törətdikləri xaosdan və hərbi helikopteri atəşə tutmasından sonra faktiki olaraq narkokartelinə müharibə elan edib.

Meksikanın təhlükəsizlik üzrə milli komissarı Monte Alehandro Rubido cinayətkar qruplaşmanın zərərsizləşdirilməsi üçün dövlətin sərəncamındakı bütün vasitələrdən istifadə olunacağını, bununla bağlı əmrin birbaşa Prezident Enrike Peni Nieto tərəfindən verildiyini bildirib.

Hökumətin son məlumatlarına əsasən, mayın 1-də narkomafiya Qvadalaxara şəhərində avtomobil magistralını 39 yerdən bağlayaraq onlarla avtomobili, yanacaqdoldurma məntəqələrini yandırıb və bankları qarət edib. Hadisələr zamanı şəhərdə yeddi nəfər öldürülüb, daha üç əsgər isə cinayətkarların maşın karvanını izləyən hərbi helikopterin atəşə tutulması zamanı həyatını itirib. İndiyə qədər qanun keşikçiləri Qvadalaxara küçələrində özbaşınalıq edən 19 nəfəri, həmçinin Quanahuato ştatında avtomobilləri yandırmaqda şübhəli bilinən bir neçə şəxsi həbs edib.

Həmin ştatda narkotik yolları uğrunda mübarizə aparan “Halisko – Yeni nəsl” kartelinin üzvləri bu yaxınlarda avtomobil magistrallarının birinə hücum edərək 15 polis əməkdaşını qətlə yetirmiş, daha beşini isə yaralamışdılar. Mart ayında Okotlan şəhəri yaxınlığında milli jandarmaya hücum nəticəsində isə 5 polis işçisi və təsadüfən ərazidən keçən 2 mülki şəxs həlak olmuşdu.

AzərTac


Müəllif:

Oxşar xəbərlər