Almaniyada dəmir yolunda işləyən minlərlə şəxs tətilə başlayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tətil Həmkarlar İttifaqının çağırışı ilə baş tutub. Yük və sərnişin qatarlarının maşınistləri bu gün və sabahdan tətilə qoşulacağını elan ediblər. Tətilçilər maaşların artırılmasını, pensiya yaşlarının və həftəlik iş saatlarının 1 saat azadılmasını tələbi qaldırıblar.
İttifaqdan verilən açıqlamada tətilin mayın 10-dək davam edəcəyi bildirilib.
Qeyd edək ki, dəmiryolçuların ən son tətili aprelin 21-də 66 saat davam edib.
Samir