6 May 2015 10:17
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş prezidenti Nikola Sarkozi rəhbərlik etdiyi partiyanın yeni adını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “Xalq Hərəkatı Birliyi” ana müxalifət partiyasının yeni adı “Respublikaçılar” olacaq.

Partiyanın adının ümumi səsvermədən sonra qəbul edildiyi bildirilib. Səsvermədə 51 siyasi büro üzvü iştirak edib. Onlardan 50-i qərarın lehinə səs verib.

Partiya adının dəyişdirilməsi ilə bağlı son qərar isə 30 May tarixində keçiriləcək müzakirələr zamanı qəbul ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər