Əfqanıstanda Quranı yandırmaqda şərlənərək bir qrup şəxs tərəfindən öldürülmüş qadına görə məhkəmə dörd kişini ölüm hökmünə məhkum edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ölüm hökmü 4 saatlıq dinləmə nəticəsində çıxarılıb. Məhkəmə Bundan başqa daha 8 nəfər 16 il müddətinə azadlıqdan məhrum edilib. 18 nəfərin təqsiri sübut olunmayıb.
Bu iş üzrə 19 polis nəfəri, cinayətin qarşısını ala və asayişi qoruya bilmədiyinə görə təqsirləndirilirib. Onlar barədə hökm bazar günü çıxarılacaq.
Qeyd edək ki, 28 yaşlı Fərxundanı Quranı yandırmaqda ittiham ediblər, lakin sonradan onun bunu etmədiyi aydın olub. Fərxunda əvvəlcə izdiham tərəfindən daşqalaq edilib, sonra isə onun cəsədi küçələr boyunca sürüklənib və yandırılıb.
Fərxundanın kütlə tərəfindən öldürülməsi Kabulda böyük etiraz aksiyalarına səbəb olub. Müstəntiqlər bildirirlər ki, insidentə əsas səbəb qadının bir molla ilə mübahisəsi olub.
Məhkəmə Əfqanıstan dövlət telekanalı ilə canlı yayınlanıb.
Samir