Fəallar eynicinsli nikahların qanuni olmadığı ölkədə bu həftəsonu kütləvi toy mərasimi keçirməyə hazırlaşırlar. Hazırlıqlara prezident Raul Castronun transgender və gey haqları üzrə aparıcı kampaniyaçı olan qızı - millət vəkili Mariella Castro rəhbərlik edir.
Rəmzi səciyyə daşıyan nikah mərasimi hər il keçirilən gey paradın tərkib hissəsi olmalıdır. Xanım Castro tədbirin daha çox dəyişikliyə zəmin yaradacağına ümid etdiyini bildirib.
Mariela Castro deyir ki, atası gey nikahlarını dəstəkləyir. Son illər ərzində lesbian, gey, biseksual və transgender (LGBT) icmasına mənsub şəxslərin inteqrasiya olunması istiqamətində bir sıra addım atılıb.
İstefaya çıxdıqdan iki il keçmiş, sabiq prezident Fidel Castro geylərə qarşı ayrıseçkiliyə yol verildiyini yanlış addım kimi səciyyəlndirib.
2013-cü ildə təsdiqlənən qanun cinsi zəmində ayrıseçkiliyi qadağan edir. 1959-cu ildəki İnqilabdan sonra Kubadakı geylər əmək düşərgələrinə göndərilib. Kişi kimi dünyaya gəlsə də, uşaqlıqdan qadın həyatı yaşayan Adela Hernandez 2012-ci ildəki bələdiyyə seçkilərindən sonra Kubada rəsmi vəzifə tutan ilk LGBT nümayəndəsi olub.
2008-ci ildə hakimiyyət haqqı çatan şəxslərə cinsin dəyişdirilməsi üzrə pulsuz əməliyyatdan keçməyə icazə verib. Milli Cinsi Təhsil Mərkəzinin rəhbəri Mariela Castro deyir ki, atası gey nikahlarını dəstəkləyir. Lakin bu, ölkə qanunvericiliyində hələ ki, öz əksini tapmayıb. "Toy keçirə bilmərik. Lakin məhəbbətin təntənəsini keçirmək üçün dini liderlərin iştirakı ilə kiçik bir məclis təşkil etmək istərdik", - Mariela Castro deyib.
2013-cü ildə təsdiqlənən əmək qaydaları cinsi orientasiya zəminində ayrıseçkiliyi qanundankənar elan edir.
Ötən il Freedom House Kubanı eynicinsli nikahların təsdiqlənməsində yaranmış yubanmaya görə tənqid edib. ABŞ-da mənzillənən hüquq müdafiəsi üzrə təşkilatın hesabatında deyilir ki, hakimiyyət "LGBT qruplarının müstəqil fəaliyyətini tanımır".