Amputasiya edilmiş ayağı zibillikdən tapılan Florida sakini Con Timiriasieff xəstəxananı məhkəməyə verir.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin noyabrında onun ayağını zibilxanadan tapan polis Con Timiriasieffin öldürüldüyünü güman edibmiş.
Müstəntiqlər onun amputasiya olunmuş ayağının zibilxanaya necə gəlib çıxdığını araşdırırıblar. Ayağa xəstənin adı və başqa məlumatların olduğu birka yapışdırılıb.
Cənab Timiriasieffin ayağı Koral Geyblz şəhərindəki Doctors Hospital xəstəxanasında amputasiya edildikdən sonra normalara uyğun şəkildə yandırılmaqdansa, zibilliyə atılıb.
İndi cənab Timiriasieff xəstəxananı ona dəymiş mənəvi ziyana görə məhkəməyə verir.
Xəstəxanadan bildiriblər ki, gələcəkdə bu cür halların baş verməməsi üçün ciddi tədbirlər görülüb.
Timiriasieffin vəkili BBC-yə deyib ki, tərəflər bu barədə əlavə şərh verməmək barədə öhdəlik götürüblər.
Rüstəm